Azərbaycan – Ukrayna münasibətlərinə həsr olunan kitabın V cildi nəşr edildi

Azərbaycan – Ukrayna münasibətlərinə həsr olunan kitabın V cildi nəşr edildi

Kiyevdə Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitab nəşr edilib.

“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın müəllifi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki soydaşımız Arif Quliyevdir. “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” adlı kitabın 5-ci cildi artıq oxucuların ixtiyarına verilib.

Kitabda ikitərəfli münasibətlərin müasir tarixi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərindəki rolu, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, müəllifin Ukraynadakı fəaliyyəti barədə fikirlər yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir