BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı yaradılıb.

“İNFONEWS” – un BMU-dan əldə etdiyi məlumatında bildirilib ki, 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün universitetə sənəd qəbulu ümumilikdə 36 ixtisas üzrə aparılır.

Təkrar ali təhsil almaqda BMU-ya üstünlük verənlər üçün geniş seçim imkanları mövcuddur. Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir.

İxtisaslar və digər məlumatlarla link vasitəsilə tanış olmaq mümkündür:

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə gerçəkləşdirilir. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək olar.

Sənəd qəbulu avqustun 31-i saat 18:00-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir