“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün”- MONOQRAFİYA

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün”- MONOQRAFİYA

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun aparıcı elmi işçisi dosent Aynur İbrahimovanın “Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası nəşr olunub.

“İNFONEWS” – un İnstitutdan əldə etdiyi məlumatında bildirilib ki, monoqrafiyada Azərbaycan koroğluşünaslığının tarixi, təşəkkülü və inkişaf istiqamətləri müəyyənləşdirilib. Azərbaycan koroğluşünaslarının əsərlərinin vahid, bir-biri ilə əlaqəli, bir-birinin davamı kimi diqqətə alınması, “Koroğlu” eposunun tədqiq aspektləri, nəzəriyyə və elmi metodların dəyərləndirilməsi, Azərbaycan koroğluşünaslığının tarixi şərait və elmin inkişaf səviyyəsi ilə şərtlənən konkret mərhələlərinin müəyyən edilməsi, alim və tədqiqatçıların bu sahənin inkişafındakı xidmətləri və s. məsələlərin öyrənilməsi monoqrafiyanın əsas tədqiq istiqamətlərini təşkil edir.

Kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçisi isə akademik Nizami Cəfərovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir