Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 94 nəfər dünyasını dəyişib.
INFONEWS-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 471 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 287 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 586 183 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 6 910 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 475 329 nəfər təşkil edir.