COP29-a Azərbaycan ev sahibliyi edəcək – Əsra ZEYNALOVA

COP29-a Azərbaycan ev sahibliyi edəcək – Əsra ZEYNALOVA   

“İNFONEWS” təqdim edir.

COP29-a Azərbaycan ev sahibliyi edəcək

Yaşıl iqtisadiyyat aşağı karbon səviyyəsi, təbii resursdan səmərəli istifadə edən və sosial cəhətdən inklüziv iqtisadiyyat olaraq müəyyən edilir. Yaşıl iqtisadiyyatda məşğulluğun və gəlirin artımı, karbon emissiyalarının və çirklənmənin azaldılmasına, enerji və resurs səmərəliliyinin artırılmasına, biomüxtəlifliyin və ekosistem xidmətlərinin itirilməsinin qarşısının alınmasına imkan verən iqtisadi fəaliyyətlərə, infrastruktura və aktivlərə dövlət və özəl sərmayələr vasitəsilə idarə olunur.

Hazırda bəşəriyyət  təhlükə yaradan ən böyük problemlərdən biri də iqlim dəyişikliyidir. İqlim dəyişikliyi, planetimizdə uzun müddət ərzində atmosfer və okeanlardakı kimyəvi proseslərin, habelə insanların fəaliyyətlərinin təsiri ilə hava və iqlim şəraitlərinin dəyişməsidir. Normal şəraitdə hava və iqlim, uzun illər ərzində sabitlik göstərən dövri təbiət prosesləridir. Məsələn, fəsillər, yağış nəticəsində əmələ gələn dəniz-dəniz hava dövrü, bu proseslərdən biridir.

Lakin son 150 il ərzində, müxtəlif səbəblərə görə, qalıq yanacaqların istismarı və meşələrin qırılması kimi səbəblərdən atmosferə böyük həcmdə karbon, metan və digər qazlar daxil olur. Bu kimi qazlar, planetimizin atmosferindəki təbii isinmə mexanizmlərini dəyişdirərək, qlobal istiləşməyə səbəb olur. Qlobal istiləşmə, qeyri-adi hava şəraitlərinə, dəniz səviyyələrində artım və digər dəyişikliklərə gətirib çıxara bilər.İqlim dəyişikliyinin nəticələri, təbiətə və insan həyatınə ciddi şəkildə təsir edir.

Qlobal istiləşmə və digər qlobal iqlim problemlərinin müzakirəsi və həll yollarının müzakirəsi üçün müxtəlif saviyyəli tədbirlər və görüşlər keçirilir. Bu tədbirlərin ən mühümü olaraq da COP (Conference of Parties) hesab edilir.

COP (Conference of the Parties) Birinci Partiyalar Konfransı deməkdir. Bu konfrans Birinci Partiyalar Şurası (UNFCCC) üzrə Müqavilənin tərəfləri arasında keçirilən illik görüşlərdir. Hər il dünyanın müxtəlif ölkələrindən gələn diplomatlar və nümayəndələrin iştirak etdiyi bu konfranslar, iqlim dəyişikliyinə qarşı mübarizədə siyasət və tədbirləri müzakirə etmək üçün keçirilir.

COP görüşləri, iqlim dəyişikliyinin yaradacağı təhlükələri azaltmaq və bu sahədə dünya səviyyəsində tədbirlər görmək məqsədi ilə keçirilir. Hər ilin konfransı bir növbəti ilin konfransı üçün strateji və sənədləşmələrin hazırlanması və müzakirə edilməsi üçün əsas mərkəzdir. Özü də Birinci Partiyalar Konfransı, dünya əhəmiyyətli iqlim siyasəti təyinatının tərtib edilməsində vacib bir rola malikdir.

COP-un 29 cu sessiyası olan COP29 Azərbaycanda 2024-cü il noyabrın 11-dən 22-dək Bakı Olimpiya Stadionunda keçiriləcək. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalamış bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər. Cənab Prezident COP 29-la bağlı keçirilən ilk iclasda qeyd edib ki, Bakı iki həftə ərzində təxmini 70-80 min xarici qonağı qarşılayacaq. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə keçiriləcək COP 29 tədbirinin prezidenti təyin edilib.

Ölkənin bu tədbirdə əsas hədəfi 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirməkdir. Azərbaycanda bərpa olunan enerjidə elektrik enerjisi əsas rola malikdir və bu, ümumi enerjinin 20,3 faizini təşkil edir.

Bu konfrans Azərbaycanda keçirilən ən böyük tədbirlər sırasındadır və sözsüz ki, ölkəyə müsbət təsirləri çox olacaq. Bəs COP 29 Azərbaycan üçün hansı faydalar yaradacaq? Gəlin bu sualı cavablandıraq.

Azərbaycan COP29 tədbirinə aparıcı ev sahibliyi etməklə, inkişaf etməkdə olan ölkələr üçün ayrılan büdcədən faydalana bilər.Həmçinin tədbir Azərbaycana yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün sərmayə tapmaqda mühüm rol oynayır.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bərpaolunan və yaşıl enerjidən istifadə Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir. Ölkəmizin bərpaolunan enerji potensialı – quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizi üçün isə bu rəqəm 157 qiqavat təşkil edir. 2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev bütün Qarabağın  “yaşıl enerji” zonası olacağını qeyd edib. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin istifadəsi 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.

Beləliklə belə bir nəticəyə gəlmək olar ki iqlim dəyişiklikləri və texnogen səbəblərdən baş verən digər ekoloji dəyişikliklərin qarşısının alınması üçün COP konfransları başlıca tədbirlər sırasındadır və daha təmiz və sağlam bir gələcək vəd edir.

Əsra Faiq qızı ZEYNALOVA                                                            

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), tələbə  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir