“Azərbaycanım” beynəlxalq jurnalı – 20 illik FƏALİYYƏT
Sentyabrın 5-də “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri və “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə “jurnalın 20 illik fəaliyyəti ərzində qazandığı uğurlardan bəhs edilib. Xalq yazıçısı Anar, jurnalın beynəlxalq əlaqələrinin əhəmiyyətindən bəhs edib. “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Emil Nəsirli bildirib ki, jurnal fəaliyyət göstərdiyi 20 il ərzində bir sıra uğurlara imza atıb.
Bildirilib ki, kitabda Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı, barədə məlumatlar yer alıb. Həmçinin Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə, 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri və s. barədə, qədim və orta əsrlərə aid mənbələr, arxiv materialları, müasir dövrə aid informasiyalar əsasında ətraflı və obyektiv ensiklopedik məlumatlar əks olunub. Emil Nəsirli vurğulayıb ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalılarla görüşü əzəli yurd yerimizə qayıtmaq əzmini daha da gücləndirdi. Mərasimdə bir sıra tanınmış yazıçılar, ictimai xadimlər də yer alıb. Sonda “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunmuş sənədli film təqdim olunub.