“HEYDƏR ƏLİYEVİN TƏHSİLƏ VƏ GƏNCLİYƏ VERDİYİ DƏYƏR” – Hüseyn ƏSGƏROV
Bizim tariximizdə çox önəmli bir mövqeyə sahib olan və bugün belə fəaliyyətləri,islahatları və güclü siyasəti ilə yaddaşlarda qalan bir tarixi şəxsiyyət var.Bu Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əlirza oğlu Əliyevdir.Biz ilk öncə tarixi bir faktı nəzərə almalıyıq ki,Heydər Əliyev iki dəfə Azərbaycanda hakimiyyətə olmuşdur.İlk dəfə 1969-1982-ci illərdə SSRİ-nin tərkibində olan zaman,ikinci dəfə isə 1993-2003-cü illərdə müstəqil respublika olan zamanımızda hakimiyyətin başında durmuşdur.Mən isə bu məqalədə dahi şəxsiyyət Heydər Əliyevin elmə və gəncliyə qatdığı dəyərləri və bu haqda edilən dəyişiklikləri xronolojik mərhələlərlə qeyd etmişəm.
“İNFONEWS” təqdim edir:
HEYDƏR ƏLİYEVİN TƏHSİLƏ VƏ GƏNCLİYƏ VERDİYİ DƏYƏR
Birinci hakimiyyət dövrü
Heydər Əliyev təhsilin və elmin dəyərini çox dərindən qavrayan bir insan idi.O çox yaxşı başa düşürdü ki,cəmiyyət heç bir şəkildə təhsil və elmin gücü olmadan inkişaf edə bilməzdi.Hətta üstünə basaraq vurğulayırdı “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”.Məhz işlətdiyi ifadələrdən və fikirlərindən başa düşmək olurdu ki,o Azərbaycanda bu sahədə inkişaflara nail olmaq istəyirdi.Halbuki,tariximizin SSRİ tərkibində olan dövrümüzdə reallıqlar tam fərqli idi.Ən əsasda 1960-70-ci illərdə Vətənimizdə birçox ixtisas üzrə universitetlər və kafedralar yox idi.Xaricə göndərilən tələbələrin sayı 100-ü keçmirdi.Bu çatışmazlıqlar nəticəsində,birçox ixtisas üzrə kadrlar çatışmırdı,bu da dövlətimizin inkişafına maneə olurdu.1969-cu ildə respublikamıza rəhbərlik etmək məqsədilə dahi şəxsiyyət Heydər Əliyev təyin olunmuşdu.Uzaqgörən bir insan olan Heydər Əliyev dərhal bu haqda strategiyalar qurmağa başladı.İlk öncə,SSRİ-nin yüksək vəzifələrində olan şəxslərlə danışıqlar apararaq,Moskva hesabına olmaq şərti ilə xaricə daha çox tələbə göndərilməsinə şərait yaratdı.Bunun nəticəsi olaraq,əvvəlcədən aşağı sayıda xaricə göndərilən tələbə var idisə,bu müəyyən vaxtdan sonra 1000-i belə aşdı.1970-ci ildə Azərbaycan SSR Elmlər akademiyasının üzvləri ilə birlikdə keçirdiyi müşavirədə Azərbaycanda elmin vəziyyətindəki problemlər təyin olundu və bütün diqqət həmin problemlərin həllinə verildi.Bununla birlikdə,birçox elmi-tədqiqat institutlarının və laboratoriyaların sayı artırılmış,həmçinin ixtisaslı kadrlarda yüksək səviyyəli ali təhsil müəssisələrinin və elmi mərkəzlərə ezam edildi.Vətənimizin qorunmasında iştirakı olacaq milli zabit korpusunun hazırlanması və respublikada önəmli yerə malik olan hərb ixtisasının təkmilləşdirilməsi məqsədilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb öz fəaliyyətinə başladı.1970-ci illərdə verilən birçox qərarlar ilə birlikdə respublika ərazisində gözlə görülən dəyişiklər baş verdi.1980-ci ildə gərək xaricdə,gərəksə respublika ərazisində təhsil alan tələbə və şagirdlərin sayı çoxaldı.Bu islahatlar nəticəsində,Azərbaycan SSR inkişaf etməkdə olan aqrar-sənaye ölkəsinə çevrilərək ön sıralara çıxmışdı.Önəmli bir məqamıda vurğulamaq lazımdır ki,Heydər Əliyev doğma dilimiz olan Azərbaycan dilinə böyük önəm verirdi.1969-cu il noyabrın 1-i tarixində indiki Bakı Dövlət Universitetində,öz ana dilimizdə geniş bir çıxış etmişdi.Bu bir çox Azərbaycan mütəfəkkirlərinə motivasiya vermişdi.Bu dövrdə mədəniyyət sahəsində birçox dəyişikliklər baş vermişdi.Beynəlxalq konfranslar keçirildi və milli filmlər çəkildi.Heydər Əliyevin başlatdığı bu proses nəticəsində 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasına Azərbaycan dili dövlət dili kimi daxil edilmiş oldu.
İkinci hakimiyyət dövrü
Heydər Əliyevin ikinci prezidentliyi dövrü 1993-2003 illəri əhatə edir.Hakimiyyətə gəldiyi ərəfədə Azərbaycanda siyasi vəziyyət xeyli bir qarışıq idi.1991-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmış və dövlətimiz azadlıq illərinin başlanğıcını qoymuşdu.Buna baxmayaraq,daxili siyasətdə və orduda sabitsizlik var idi.Bu fürsətdən istifadə edən mənfur düşmənlərimiz 1-ci Qarabağ müharibəsini başlatmışdı.1993-cü ildə belə qarışıq bir zamanda yenidən hakimiyyətə gələn Heydər Əliyev,bundan öncəki dövrdə də etdiyi kimi öz strategiyalarını çoxdan qurmuşdu.İlk öncə islahatların düzgün keçirilməsi üçün,1994-cü ildə mayın 8-də Azərbaycan və Ermənistan tərəfləri arasında “Bişkek protokolu” imzalandı və mayın 12-də qüvvəyə minməsi ilə cəbhə xəttində hərbi əməliyyatlar dayandırıldı.Artıq islahatlara başlana bilərdi.1999-cu il iyunun 15-də “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” Prezident Heydər Əliyev tərəfindən təsdiqlənmiş oldu.Bu proqram ilə birlikdə təhsil sisteminin daha da modern hala gətirilməsinin başlanğıcı qoyuldu.Bu proqrama əlavətən,2000-ci ilin iyununda “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı.Bu fərman ilə təhsil sahəsində müasir idaretmə mexanimzi qurulması və yeni attestasiya mexanizminin yaradılması nəzərdə tutulmuşdu. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar da təhsilin inkişafında xüsusi bir rol oynadı.Latın qrafikasına keçid,müstəqilliyimizin ən böyük göstəricilərindən biri hesab edilir.Şübhəsiz ki,gənclərə böyük qayğı ilə yanaşan Heydər Əliyev onlara həddən artıq böyük dəyər verirdi.Çünki bilirdi ki,gənclik bir millətin gələciyidir.İlk prezidentliyi dövründə bu sevgisini təhsil alan tələbələrin artmasına səbəb olması ilə göstərmişdi.İkinci prezidentliyi dövründə isə Prezident təqaüdü gənclər arasında bir yarışa çevrilmişdi.Bu rəqabət isə çox müsbət hal idi.Bu gələcəkdə Azərbaycanı böyük areanalarda təmsil edəcək şəxslərin ortaya çıxmasına şərait yaratmışdı.
Yekunda qeyd edərdim ki, ümumilikdə biz deyə bilərik ki,Heydər Əliyev Azərbaycan tarixinin bir qürurudur.Uzaqgörən siyasəti,hikmətli fikirləri və sayıb bitirə bilməyəcəyimiz qədər çox olan islahatları ilə Azərbaycanı inkişaf etməkdə olan ölkələr siyahısında yuxarı qaldırmışdır.Azərbaycan,hər nə qədər yeni müstəqillik almış bir dövlət olsada,günü-gündən inkişaf edir.Heydər Əliyev kimi dahi şəxsiyyətlər Azərbaycanın şanlı tarixində daim var olub və var olmağa davam edəcəkdir. Bununla belə, biz daim inkişaf edəcik. Məqaləmi Heydər Əliyevin fikri ilə sonlandırmaq istəyirəm:
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sa-həsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
Hüseyn ƏSGƏROV
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
ISE (International School of Economics) fakultəsi, tələbə