Prezidentin Rafael Qvaladze ilə bağlı SƏRƏNCAMI

Prezidentin Rafael Qvaladze ilə bağlı SƏRƏNCAMI

Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“İNFONEWS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Rafael Sergeyeviç Qvaladze – 1948-ci il yanvarın 1-də Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlayıb. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışıb. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləyib.

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Məhkəmə Hüquq Şurasının üzvüdür. 2003-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub, 2007-ci ildə “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Milli Məclisinin 22 iyun 2010-cu il tarixli Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Həmçinin, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923-2023)2 yubiley medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir