“Publisistik və poetik düşüncələr” – YENİ NƏŞR
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, Folklor və Etnoqrafiya şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinovun “Publisistik və poetik düşüncələr” adlı yeni kitabı çapdan çıxıb.
“İNFONEWS” – un AMEA-dan əldə etdiyi məlumatında bildirilib ki, nəşrdə Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi məqalələr, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik yazılar, həmçinin şeirlər yer alıb.
“Mütərcim” nəşriyyatında çap edilən kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri professorlar – Məhərrəm Qasımlı, Ramazan Qafarlı və Seyfəddin Rzasoydur.