17 aprelin Beynəlxalq Qəhvə Günü olduğunu bilirdinizmi?

17 aprelin Beynəlxalq Qəhvə Günü olduğunu bilirdinizmi?

“İNFONEWS” 

Bu gün ətirli, xoş ovqat bəxş edən belə bir içkini sevməyən insan çətin tapılar… Dünyada milyonlarla insan gününə bir fincan qəhvə ilə başlayır. Bəs 17 aprelin Beynəlxalq Qəhvə Günü kimi qeyd edildiyini bilirdinizmi?

Qəhvənin vətəni Afrika, xüsusilə isə Efiopiyadır. Əfsanəyə görə, Efiopiyalı bir çoban IX əsrdə qəhvə dənələrinin enerjini artırma qabiliyyətini kəşf edib. Lakin qəhvənin istifadəsi ilə bağlı dəqiq məlumatlar XVI əsrə aiddir. Efiopiyadan bu içki Şərqə, XIX əsrə gəlincə isə İtaliya, İndoneziya və Amerikada geniş yayılmağa başlayıb.

Hal-hazırda qəhvə ən populyar içkilər sırasındadır.

Təqvimin bu gününü italyanlar xüsusi təm-taraqla qeyd edirlər. Bu bayramın ikinci adı – Espresso Günüdür, çünki İtaliya bu bayramın vətənidir. İtalyan Espresso Milli İnstitutu, olduqca məşhur bir ictimai təşkilat bayramın təşkilatçısıdır.

Başqa ölkələrdə də qəhvə üçün milli günlər mövcuddur. İrlandiyada bu bayram iki dəfə qeyd edilir. 25 yanvarda İrlandiya qəhvəsinin Milli Günü ilə əlaqədar həftəlik bayramlar başlayır. 19 sentyabrda isə Milli Qəhvə Günü qeyd olunur.

İlk dəfə qəhvə bayramı 1983-cü ildə Yaponiyada keçirilib, sonra isə bu ideya digər ölkələr tərəfindən qəbul edilib. Bu bayram müxtəlif günlərdə qeyd olunurdu və yalnız 2014-cü ildə Beynəlxalq Qəhvə Təşkilatı (ICO) vahid Beynəlxalq Qəhvə Gününü təsis etdi. Bir il sonra Milanda ilk bayram keçirildi. Hazırda bu bayram 75 ölkədə qeyd olunur.

Dünya mədəniyyətində Türk qəhvəsinin mühüm yerinin olması çox qürurvericidir. Türkiyə ənənələrinin vacib hissəsi olan qəhvə insanları bir yerə toplamaqla, ictimailəşməyə kömək edən sosial vasitəçidir. Əsas görüşlər və ya yemək sonrası söhbətlər “Qəhvənizi necə istərdiniz?” sualı ilə başlayır. Canlandıran, enerji verən xüsusiyyətləri ilə tanınan Türk qəhvəsi özünəməxsus dadı və ənənəvi dəyərinə görə 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir