“Rəqəmsal transformasiyaların müasir kitabxanaların inkişafında rolu”- BANM-da Beynəlxalq SEMİNAR

“Rəqəmsal transformasiyaların müasir kitabxanaların inkişafında rolu”- BANM-da Beynəlxalq SEMİNAR

Bakı Ali Neft Məktəbində (BANM) “Rəqəmsal transformasiyaların müasir kitabxanaların inkişafında rolu” mövzusunda beynəlxalq seminar keçirilib.
“İNFONEWS” xəbər verir ki, seminarda Azərbaycan universitetlərinin kitabxana rəhbərləri iştirak edib, həmçinin Türkiyənin Hacettepe və İstanbul Bilgi universitetlərinin kitabxana rəhbərləri onlayn formatda qatılıblar.
Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq, bu cür tədbirlərin kitabxanaların inkişafında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor mütəmadi olaraq belə görüşlərin keçirilməsinin vacibliyini xüsusilə vurğulayıb.
BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova rəqəmsal transformasiyanın ali təhsil müəssisələrinin akademik mühitinə verdiyi töhfələrdən danışıb.
Bakı Ali Neft Məktəbinin Elmi kitabxanasının müdiri Əzizə Cəfərova rəhbərlik etdiyi kitabxananın fəaliyyəti və tətbiq olunan rəqəmsal həllərlə bağlı təqdimatla çıxış edib.
“Wiley Global Research” şirkətinin nümayəndəsi Ali Abuşavar elmi nəşrlərə çıxış imkanları və beynəlxalq resurslardan istifadənin əhəmiyyəti barədə məlumat verib.
Seminar çərçivəsində “Kitabxana əməkdaşları üçün rəqəmsal bacarıqların artırılması – təlimlər, kurslar və ixtisasartırma proqramları”, “Yeni texnologiyaların kitabxana fəaliyyətinə inteqrasiyası”, “Elektron resursların istifadəsində müəllif hüquqları və iqtisadi tənzimləmələr” mövzularında müzakirələr aparılıb.
 
     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir