Əlil arabası istifadəçisi ilk dəfə kosmosa səyahət etdi

Alman mühəndis Mikaela Benthaus yerimə məhdudiyyətli olmasına baxmayaraq suborbital kosmik uçuşu uğurla həyata keçirib.
“İNFONEWS” xəbərin “Deutsche Welle” tərəfindən yayımlanmasını bildirir.
Məlumata görə, uçuş 20 dekabr tarixində “Blue Origin” şirkətinin “New Shepard” kosmik aparatı ilə baş tutub və təxminən 11 dəqiqə davam edib. 33 yaşlı Benthaus beldən aşağı iflic vəziyyətdə kosmosa çıxan dünyanın ilk insanı kimi tarixə düşüb.
Qeyd edilir ki, o, 2018-ci ildə velosiped sürərkən yıxılaraq ağır xəsarət alıb və həmin vaxtdan bəri əlil arabasından istifadə edir.

