“Müharibədən sonrakı dövrün qəhrəmanı fəhlədir” – Zahid Oruc
“Sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras edirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq”.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, müharibədən sonrakı dövrün qəhrəmanı fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir:
“İndi hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir. İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, dünyaya mesaj verir – biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik. Azərbaycan liderləri Qafqazda zəif olanda, həmişə torpaq və sərvət itiriblər. İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur. Qələbənin simvoluna çevrildiyi üçün İlham Əliyevə ünvanlanan təbriklər artıq protokol deyil, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən beynəlxalq siyasi qiymətdir”.