Mafilə Müntəzirin şeir dəftərindən- “ÖMRÜMÜN TƏQVİMİNDƏN…”
“İNFONEWS” təqdim edir:
Ömrümün təqvimindən,
İldə bir yarpaq düşür.
Hər düşən yarpaqdasa,
Min naxış var, min bir sirr.
Mənə də gizli qalıb,
Təqvimin yarpaq sayı.
Düşən hər yarpaq ki, var,
Ömrün yaşanmış payı.
Bəlkə neçə hekayə,
Yazılacaq təqvimdə.
Hələ neçə duyğular,
Yaranacaq qəlbimdə.
Düşən yarpağın sayı,
Əlli doqquza yetdi.
Qalan yarpağın sayın,
Ömür adlı sirr örtdü.