Bu dəfə də erməni idmançıların təxribatının qarşısı alındı
İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında erməni fiqurlu konkisürənlər Karina Akopova və Nikita Raxmaninov Ara Gevorkyanın “Artsax” bəstəsi ilə çıxış etməyi planlaşdırıblarmış.
“İNFONEWS” xəbər verir ki, bu məsələyə Beynəlxalq Konkisürmə İttifaqı (BKİ) aydınlıq gətirib.
İttifaq Azərbaycanın rəsmi şəkildə ifanın belə adlanmasına etirazını və şikayətini bildirdiyini açıqlayıb. Nəticədə BKİ erməni idmançılarının çıxışını bəstəkarın adı ilə “Ara Gevorkyanın Musiqisi” başlığı altında təqdim etməyə qərar verib.
“The Guardian” -nın məlumatına görə, “Artsax” adı iki ölkə nümayənləri arasında gərginlik yaradıb. Lakin BKİ məsələyə müdaxilə etdikdən sonra problem aradan qalxıb.