Qubada 4,9 ballıq zəlzələ olub FHN-dən açıqlama
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Qubada baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
“İNFONEWS” xəbər ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnitudalı zəlzələnin qeydə alındığı barədə məlumat daxil olub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub