Sabah çimərliklərə getmək istəyən şəxslərin diqqətinə
Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
“İNFONEWS” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti olacaq.