Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.

“İNFONEWS” Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proses 20 avqust saat 15:00-dan etibarən aktivləşdirilib.

Elektron yerdəyişmə 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edir. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə ilə bağlı Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir