Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA

Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

“İNFONEWS” Adalet.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən açıqlama verilib.

Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən, Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Ziya Muradov avqustun 1-i Qubada istirahət zamanı qəfil vəfat edib. İddialara görə, hadisə baş verən gün həmin ərazidə ondan başqa 17 nəfər də olub. Ailə üzvləri meyitin üzərində zədə izi gördüyünü qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir