“GÜNƏBAXANLAR” təqdim edir: Rəvan Ali Sübhan – DEMƏZLƏR
“İNFONEWS”– un “GÜNƏBAXANLAR” yay forumunda POEZİYA
DEMƏZLƏR
Bir mövzu gümandırsa, qətiyyətlə deməzlər,
Yəqinliyi heç vaxtı həqiqətlə deməzlər.
Peşmanlığın öz həddi var aləmdə, məsəlçün,
“Rəhmət” sözün insan yetirib qətlə deməzlər.
Ruhun da gərək dinləməyə fürsəti olsun,
Allah buyuran ayəni sürətlə deməzlər.
Haqqın kitabından çıxan hər sözdə var hikmət,
“Lənət” sözün heyvan kimi, nifrətlə deməzlər.
Miqdara önəm vermə, əsas tutma, görərlər,
Keyfiyyəti bir tutma kəmiyyətlə deməzlər?
Sözlə yox əməllə tanın aləmdə, ey insan
Mahirliyi heyrətlə, məharətlə deməzlər
Məktubda vida kəlməsin həssas yaz, axırda
Hörmətli ol, ayrılmağı hörmətlə deməzlər.
Mövlana misalı, sözü dərk eylə, buyur ki,
Bu, tövsiyə olunur sizə şiddətlə, deməzlər!
Söz gəldisə, şairlər, alın nəzmə vərəqdə,
Mədhiyyəni Allaha müşayətlə deməzlər!
Oldunsa təkəbbürlüyə xaric, Rəvan, əhsən,
Heç yerdə qəzəl sahibin heyrətlə deməzlər!
Rəvan Ali Sübhan (gənc şair, yazar, qəzəlxan)
