Nvidia rəhbəri ilə bağlı casusluq iddiaları ABŞ-da milli təhlükəsizlik müzakirələrinə səbəb olub

Nvidia rəhbəri ilə bağlı casusluq iddiaları ABŞ-da milli təhlükəsizlik müzakirələrinə səbəb olub

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBI) Nvidia şirkətinin baş icraçı direktoru Jensen Huang ilə Çin casusu olmaqda şübhəli bilinən qadın arasındakı münasibəti araşdırdığını bildirib.

“İNFONEWS” xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ-ın Jensen Huangın Çinin casusluq əməliyyatının hədəfinə çevrildiyinə dair xəbərlərin yayılmasından sonra o, bazar ertəsi Nvidia rəhbəri ilə görüşüb.

ABŞ Prezidenti jurnalistlərə açıqlamasında Huangdan həmin qadının casus olması barədə məlumatının olub-olmadığını soruşduğunu deyib.

Tramp bildirib: “Ondan soruşdum: ‘Onun casus olduğuna dair hər hansı məlumatın var idi?’ O isə ‘Onun casus olduğunu bilmirdim’ cavabını verdi. Mən ona həqiqətən inanıram”.

Çin tərəfi isə Jensen Huangın casusluq əməliyyatının hədəfi olması ilə bağlı iddiaları rədd edib. Çin Xarici İşlər Nazirliyi yayılan məlumatları “tamamilə əsassız, spekulyasiyaya əsaslanan və Çini nüfuzdan salmağa yönəlmiş” iddialar kimi qiymətləndirib.

Nvidia şirkəti də məsələ ilə bağlı müstəqil araşdırmaya başladığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, Çin casusu olmaqda şübhəli bilinən Alice Huang ilə Jensen Huang arasındakı münasibətlə bağlı araşdırma aparılır. Bununla belə, hazırda şirkət sirlərinin və ya milli təhlükəsizliyin təhlükə altına düşdüyünü düşünmək üçün hər hansı əsasın olmadığı qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir