Beynəlxalq uşaq festivalı ilə əlaqədar onlayn görüşlər keçirilib
“İNFONEWS” xəbər verir.
Təhsil Nazirliyindən bildirilib ki, görüşlərdə Türkiyənin Ankara, Bodrum, Fethiye şəhərlərindən Özəl Alp kollecinin, Hüseyin Turgut Karabağlı və Özel Fethiye Hatem məktəblərinin şagirdləri, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər. Görüşdə Azərbaycan-Türkiyə dostluğundan bəhs olunub, uşaqların ifasında mahnılar ifa edilib, şeirlər səsləndirilib.
Sonda uşaqlar festival barədə xoş xatirələrini bölüşüblər.
Xatırladaq ki, hər il 23 aprel-Beynəlxalq uşaq festivalında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri ölkəmizi layiqincə təmsil ediblər. Pandemiya şəraiti ilə əlaqədar olaraq artıq ikinci ildir ki, sözügedən festival təxirə salınıb.