BDU-nun Jurnalistika fakültəsində “Heydər Əliyev və mətbuat” mövzusunda ustad dərsi keçirilib

BDU-nun Jurnalistika fakültəsində “Heydər Əliyev və mətbuat” mövzusund bua ustad dərsi keçirilib

”İNFONEWS” xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və mətbuat” mövzusunda ustad dərsi keçirilib.

Universitetdən  bildirilib ki, moderator, fakültənin dekan müavini Samir Mirzəyev çıxış edərək tədbirin əhəmiyyətini, Ulu Öndərin sayəsində Azərbaycan milli mətbuatının ölkəmizdə hər zaman qabaqcıl ideyaların carçısı olduğunu diqqətə çatdırıb.

Fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev Ümummilli Liderin hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərməsini vurğulayıb. O, ölkəmizdə azad, demokratik mətbuatın məhz Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra inkişaf etdiyini və bu sahədə yeniliklərin baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Heydər Əliyev və mətbuat” mövzusunda mühazirə oxuyub. O, Ulu Öndərin mətbuatla, jurnalistlərlə çox sıx münasibətdə olduğunu, hər zaman onların problemləri ilə maraqlandığını, mətbuatımızın inkişafı naminə böyük işlər gördüyünü qeyd edib. Professor bildirib ki, bu gün Heydər Əliyev siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir, davamlı dövlət qayğısı medianın inkişafında mühüm yer tutur.

Cahangir Məmmədli ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “jurnalistlərin dostu” mükafatına layiq görülmələrinin xüsusi əhəmiyyət daşıdığını və beləliklə mətbuata, onun azad inkişafına verilən diqqəti və jurnalistlərə böyük inam göstərilməsini xüsusilə vurğulayıb.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor C.Məmmədli tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir