Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

”İNFONEWS” xəbər verir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) mayın 9-dan 16-dək bayram və istirahət günlərində (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-in mətbuat xidmətindən  bildiriblər ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir