Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib

Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib

”INFONEWS” xəbər verir.

Yevlaxda aparılan abadlıq quruculuq işləri çərçivəsində yol infrastrukturunun yenidən qurulması, küçələrin əsaslı təmiri diqqətdə saxlanılır. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçələrə asfalt örtük salınır, zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunur və yeniləri inşa edilir.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Heydər Əliyev və Nizami prospektləri, Cəfər Cabbarlı, Məhəmməd Əmin Rəsulzadə, Kamil Sabitov, Qanboy Quliyev və Yeni Yevlax küçələrini əhatə edən şəhərdaxili yollar və piyada səkilərinə üfüqi nişanlanma xətləri çəkilib. Bu küçələrlə yanaşı, yeni salınmış küçə və piyada keçidləri də rənglənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir