“Dünya koronavirus pandemiyası ilə birlikdə vaksin aparteidi (kəskin ayrı-seçkilik – red.) mərhələsinə qədəm qoyub”.
“INFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
O bildirib ki, vaksin aparteidi artıq risk olmaqdan çıxıb:
“Ən böyük problem paylaşma əskikliyidir. Buna görə çarə daha paylaşıma meyilli olmaqdır”.