FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb

”İNFONEWS” xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, Agentliyin mütəxəssisləri tərəfindən Qobustan şəhəri, Bakı-Şamaxı yolunun 91-ci kilometrliyində yerləşən “Koneç” adlanan ərazidə vətəndaşa məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Qobustan Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Cəlilabad şəhəri, Qurtuluş küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir