Nazir: Azərbaycan Kosmik Agentliyi “Roskosmos”la əməkdaşlığı genişləndirəcək

Nazir: Azərbaycan Kosmik Agentliyi “Roskosmos”la əməkdaşlığı genişləndirəcək

”İNFONEWS” xəbər verir.

Azərbaycan Kosmik Agentliyi ilə Rusiyanın “Roskosmos” dövlət korporasiyası arasında əməkdaşlıq genişlənəcək.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, Moskvada “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinlə ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Kosmik Agentliyi ilə “Roskosmos” arasında mövcud əməkdaşlıq və birgə perspektiv layihələr müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir