İraqın “əl-Muraqib əl-İraqi” qəzetində Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş məqalə dərc edilib
”İNFONEWS” xəbər verir.
Məqalənin müəllifi Mutəz Muhy Əbdülhəmid ADR-in yaranması tarixi barədə oxuculara məlumat verir. Yazıda qeyd edilir ki, 1991-ci ilin oktyabr ayında SSRİ-nin dağılması ilə yaranmış müstəqil Azərbaycan Respublikası ADR-in hüquqi varisidir.
Məqalədə müasir Azərbaycan Respublikasının gücənməsində və inkişaf etməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli varisi Prezident İlham Əliyevin xidmətləri barədə məlumat verilir. Müəllif qeyd edir ki, 2003-cü ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə tam etimad göstərdikdən sonra iqtisadiyyatın həcminin bir neçə qat artmasına, işsizlik və yoxsulluq göstəricilərinin əhəmiyyətli dərəcədə azalmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, valyuta ehtiyatlarının çoxalmasına və s. səbəb olan hərtərəfli inkişaf dövrü başladı. Azərbaycan Cənubi Qafqaz regionunda qabaqcıl bir ölkəyə çevrildi və beynəlxalq aləmdə daha çox etimad qazandı.
Məqalədə, həmçinin son illərdə Azərbaycanda həyata keçirilmiş iri iqtisadi layihələrdən də söz açılır.