Niderland qəzetində Respublika Günü ilə bağlı material yerləşdirilib

Niderland qəzetində Respublika Günü ilə bağlı material yerləşdirilib

”İNFONEWS” xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Niderlandın nüfuzlu AD (Algemeen Dağblad) qəzetində Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümünə həsr olunmuş fotomaterial dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, məlumatda 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğu, Niderlandda yaşayan azərbaycanlıların da 103 il öncə baş vermiş bu əlamətdar hadisəni qeyd etdikləri nəzərə çatdırılıb, Bakıdakı İsmailliyə binası, Şuşa qalası və Azərbaycan bayrağının fotoları yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir