“Rabitəbank”da “Asan İmza” əldə etmək mümkündür

“Rabitəbank”da “Asan İmza” əldə etmək mümkündür

“İNFONEWS” xəbər verir.

Ölkənin aparıcı banklarından biri “Rabitəbank” öz xidmət sərhədlərini genişləndirərək daha bir yeniliyi təqdim edir.

Belə ki, istənilən fiziki şəxslər bankın Baş ofis, “Nəsimi”, “Nərimanov”, “Səbail”, “Mərkəz” filiallarından birinə yaxınlaşmaqla artıq “Asan İmza” – gücləndirilmiş mobil elektron imzanı vergi idarələrinə və “ASAN xidmət” mərkəzlərinə getmədən filialdaca əldə edə biləcəklər. “Asan İmza” mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” əl imzasına bərabərdir.

İlkin mərhələdə yalnız aktiv “Bakcell” nömrələrinə sahib fiziki şəxslərə xidmət olunacaq. Xidmətdən istifadə artıq aktivdir və faydalanmaq üçün yuxarıda bəhsikeçən filiallardan birinə yaxınlaşa bilərsiniz.

Qeyd edək ki, yaxın zamanda “Asan İmza”nı “Rabitəbank”ın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir