Azərbaycan millisinin futbolçusu Türkiyə klubunu maraqlandırdı
“İNFONEWS” xəbətr verir.
Azərbaycan millisinin futbolçusu Mahir Emrəli daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.
Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
İstanbul klubu Polşa “Legiya”sı ilə problemi olan futbolçunun transferində maraqlıdır. “Qalatasaray” digər Türkiyə təmsilçiləri “Başakşəhər”lə “Sivasspor”un da heyətinə qatmaq istədiyi Mahiri azad agent kimi sıralarında görmək niyyətindədir.
Menecerlər hücumçunu Super Liqa komandalarına klubsuz oyunçu kimi təqdim edirlər. Havayı futbolçu almaq onlar üçün şirnikləndirinci olsa da, Emrəli müqavilə ilə “Legiya”ya məxsusdur. Polşa klubu “Sivasspor”un 400 min, “Başakşəhər”in 750 min avroluq təklifi qarşısında da oyunçunu satmağa razılıq verməyib.
Qeyd edək ki, Mahirin “Legiya” ilə anlaşması 2024-cü ilin yayında bitəcək.