Soyuqdəymə zamanı dondurma yemək olarmı?- FƏSLİN AKTUAL SUALI
“İNFONEWS” xəbər verir.
Soyuqdəymə zamanı dondurma yemək olarmı?
Bu, havaların soyuq keçdiyi zaman tez-tez verilən, indiki fəslin ən aktual sualarından biridir.
Mütəxəssislərin apardıqları tədqiqatlara əsaslanaraq qeyd edək ki, dondurma boğazda əlavə iltihabın yaranmasına şərait yaratmır. Əksinə, yüngül ərimiş dondurma (az miqdarda, balaca dişləmələrlə yeyildikdə) qıcıqlanmış boğazı sakitləşdirə bilər. Bəzi həkimlərin fikrincə isə, soyuq desertlər hətta yüngül anestetik kimi təsir göstərir.
Eləcə də, xəstələnmiş insanın virusdan müdafiəsi üçün gücü yeməklər, yaxşı qidalanmaq lazımdır ki, dondurma da özlüyündə kolorili məhsul sayılır.