Vətəndaşlardan gələnlər – “İnsanlar özünü necə təcrid etsin?”
“İNFONEWS”-un İctimai Nəzarət Mərkəzi “VƏTƏNDAŞLAR BİZƏ YAZIR” rubrikasını təqdim edir.
Mövzu: İnsanlar özünü necə təcrid etsin?
Vətəndaşın redaksiyamıza göndərdiyi məlumatı olduğu kimi təqdim edirik:
“İnsanlar özünü necə təcrid etsin??? Metroda qatara minmək mümkün deyil. İnsanlar basabasla bir-birlərini itələyərək, ayılanda özünü qatarda görür. Avtobus dayanacağında avtobusların azlığından saatlarla gözləməli olursan. İşə gecikməmək üçün gələn avtobusa hamı bir-birini əzərək, qışqır-bağırla sıxlaşdıraraq minir. Avtobusda yer tapıb əyləşən sərnişinlər isə sürücünü günahlandırır ki, sən dayanacaqda niyə ön qapını açırsan??? Bu qədər insan mindirirsən??? Bəs avtobusa minən ayaq üstə olsa da, basabasda işə gedənlər bəyəm insan deyil?! Biz elə yüksək maaş almırıq ki, gündə işə getmək üçün taksi sifariş edək. Qazandığımız maaş ancaq özümüzü bu aydan o aya zorla çatır. Belə görürəm ki, həmişə günahsız insanları günahlandırırlar. Xəstəliklərin yayilmasında da bizləri günah sayırlar. Bəs bu basabası yaradan BNA hara baxır??? Yeri gəlmişkən ola bilər kimsə “Təcili yardım”a müraciət edən kimi şansı gətirib tez gəliblər. Amma 2020-ci ilin dekabr ayında COVİD-19 olduğum zaman təcili yardımdan, sahə həkimindən, TƏBİBdən tutmuş hamıya müraciət etsəm də, heç kəs gəlmədi. Adını qoydular ki, kovidə yoluxanların yanıa getmirik. COVİD olan insan bəyəm ölməlidir??? WhatsApp vasitəsi ilə dərman adları deyirlər, hətta iynəni belə sınaq qoyulmamış vurulmasını tövsiyə edirlər. Deyirəm ki, mən sınaq qoya bilmirəm, tibb bacısı yönəldin. “Özünüz bir adam tapın biz göndərə bilmərik”- cavabını alıram. Evdən çıxmağa icazəmiz olmadığına görə ölümlə üzbəüz dayanmışdım. Sağ olsun yaxşı qonşular. Hamısı vəziyyəti bilib, tibb bacısı da tapdılar, sistem də qoşdular, bir sözlə, yardımlarını ısirgəmədilər. Danışmağa çox söz var. Şərt o deyil, mollara, restoranlara girəndə portalda adımızı yoxlasınlar. Şərt odur ki, avtobuslarda, qatarlarda sıxlığı aradan qaldırsınlar. Qatarların, avtobusların sayını artırsınlar. Onda heç kim nə koronavirusa yoluxacaq, nə də omikron ştammına. BİZ ƏVVƏLKİ MASKASIZ ,SƏRBƏST HƏYATIMIZI İSTƏYİRİK. Ona görə də 3 doza vaskin vurdurduq. Amma hələ də problem davam edir. Demək ki, günah yalnız biz vətəndaşlarda deyil…”