Məktub dünyanın ən yaxşı antiutopiya müəllifinə çatacaqdır
“İNFONEWS” təqdim edir.
Bir oğlan uşağı antiutopiya əsərlərini oxumağı çox sevir…
Və bir dəfə məktub yazır, zərfin üzərinə də “Dünyanın ən yaxşı antiutopiya yazan yazıçıya çatacaqdır” qeyd edərək yola salır.
Poçtalyon bu məktubun kimə ünvanlandığını çox götür-qoy edərək, sonuncu oxuduğu fantastik “Ah, ecazkar yeni dünya” əsərinin müəllifi Oldos Hakslini xatırlayaraq, ona çatdırır.
Haksli məktubu alanda çox təəccüblənir; “Yox, bu dəqiq mənə səhvən göndərilib. Çünki Corc Oruellin (“1984″ romanına görə) ən yaxşı antiutopist olması hamıya bəllidir” – deyə məktubu Oruellə yollayır.
Lakin Oruell də məktubu açmır: “Bu kiminsə axmaq zarafatıdır. Çünki Yevgeni Zamyatinin “Biz” əsərini indiyəcək heç kim üstələməyib”- deyərək, oğlanın məktubunu Zamyatinə göndərir.
Məktubun üstüdəki yazını görən Zamyatin də məktubu açmır. “Aça bilmərəm. Bu, mənim sadə yaradıcılığıma verilən ən yüksək qiymət olardı” – deyərək, məktubu Ayn Rendə yönəldir. Çünki onun fikrincə, “Atlant çiyinlərini çəkdi” romanı əsl şedevrdir, məhz bu xanım oxucunun məktubuna layiqdir. Beləliklə, məktubu təcili Ayn Rendə göndərir.
Ayn Rend məktubu alır, üstündəki yazını oxuyub, sevincək zərfi açır.
Məktub isə bu sözlərlə başlayırdı:
“Salam, hörmətli Nikolay Nosov!”
Qeyd edək ki, məşhur yazıçı Nikolay Nikolayeiş Nosov “Bitya Maleyev məktəbində və evdə” (1951) povesti, “Bilməz və dostlarının macəraları” (1954), “Bilməz Günəş şəhərində” (1958), “Bilməz Ayda” (1964-1965) trilogiyası, “Dostum İqor haqqında povest” (1972), “Quyunun dibindəki sirr” (1976) avtobioqrafik povesti və s. əsərlərin müəllifidir.
Tərcümə: Arzu Məmmədqızı