Məşhur model bahar manikür boyasını izləyicilərinə göstərib
“İNFONEWS” xəbər verir.
Bu günlərdə 34 yaşlı məşhur supermodel Rosi Hantinqton-Uaytli sosial şəbəkə üzərindən öz izləyiciləri üçün “sual-cavab” təşkil edib və ona orada verilən ən populyar sualları cavablandırıb. Məlum olub ki, izləyiciləri ulduz xanımın maniküru, dırnaq lakı çalarları daha çox maraqlandırıb. “Frenç, yoxsa klassik qırmızı?” – sualına verilən cavab isə izləyiciləri heyrətləndirib. Çünki məlum olub ki, Rosi nə onu, nə də digərini üstün tutmur.
Ulduz xanım dırnaqlarını ən çox nyud çalarlara, təbii rənglərə, məsələn, şəkildəki kimi solğun çəhrayı boyalara üstünlük verdiyini söyləyib. Yeni ana olmuş qadınların yuxu üçün kifayət qədər boş vaxtları qalmır, nəinki maniküra.
“Təbii çalarlar, tünd, parlaq rənglərdən fərqli olaraq, bir neçə həftədən sonra belə səliqəli görünür, korreksiya edilməsinə ehtiyacı az olur” – deyə, gənc analara məsləhət verib.
(“ELLE”)