“İNFONEWS.AZ” xəbər verir.
İtaliyanin Turin şəhərində keçirilən 66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Trend-ə istinadən bildirir ki, ümumilikdə 25 ölkənin qatıldığı final mərhələsində 631 səslə Ukraynadan olan Kalush Orchestra kollektivi “Stefania” kompozisiyası ilə bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub. İkinici yeri 466 səslə Böyük Britaniya, üçüncü yeri isə 459 səslə İspaniya tutub.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.