Dünyanın qeyri-adi dizaynlı qədim kitabı- “ROTUNDUS Kodeksi”

Dünyanın qeyri-adi dizaynlı qədim kitabı- “ROTUNDUS Kodeksi”

Orta əsrlərə aid olan bu möhtəşəm kitab bir çox cəhətlərinə görə həmişə diqqət çəkəcəkdir.

“İNFONEWS” təqdim edir: “ROTUNDUS Kodeksi” kitabı

Kitab XV əsrdə Brüqqe ustaları tərəfindən böyük məharətlə hazırlanıb. Qeyd edək ki, Burqundiya sarayı Avropada dövrünün güclü novator kitabçılıq mədəniyyətinin inkişafı ilə məşhur olub.

Bu miniatür kitab 266 səhifədən ibarət, diametri 9 sm. olaraq dairəvi formadadır. Kodeksin üst qabığı qızılı detalları olan qırmızı dəridəndir. Kitabın qıfıl-bəndinin 3 müxtəlif qotik hərflərdən olması kodeksin xüsusi ehtiramla hazırlanmasının göstəricisidir. Kitab digərlərindən təkcə dizaynı ilə deyil, həm də qeyri-adi şəkildə yazılan 30 başlıq hərfləri ilə də  fərqlənir.
Deyilənlərə görə, bu ecazkar dualar kitabının yepiskopa hədiyyə edilməsi nəzərdə tutulubmuş.

Arzu Məmmədqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir