ŞAXTALI VƏ SOYUQ GÜNLƏRDƏ POLİS GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞIR

ŞAXTALI VƏ SOYUQ GÜNLƏRDƏ POLİS GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞIR
INFONEWS-un  ərazidə olan əməkdaşları xəbər verir ki, dünən gecə  saatlarından başlayan qar yağmağa davam edir.

Yol Patrul Xidmətinin əməkdaşları  hərəkətdə olan avtomobillərin nizamlanması istiqamətində,şəhər ərazisində  yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görür.
Keçidlərdə piyadaların  hərəkət etdiyi yollarda Polis əməkdaşları xidmət aparırlar.
Post Patrul Xidməti Bölüyünün əməkdaşları da şəhər ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

 

 

 

 

 

Rəvanə Dadaşova

Fariz Faiqoğlu

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir