KİV: “ABŞ Rumıniyadakı hərbi mövcudluğunu doqquz ay uzadacaq

KİV: “ABŞ Rumıniyadakı hərbi mövcudluğunu doqquz ay uzadacaq

ABŞ Rumıniyadakı 101-ci Hava Desant Diviziyası briqadasının yerləşməsinin 2023-cü ilin yanvarından doqquz ay uzadılması ilə bağlı yekun qərarı verib.

İNFONEWS” xəbər verir ki, bu barədə “The New York Times” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Hazırda Rumıniyada olan briqadanın tərkibinə 4 000-ə yaxın adam daxildir. İki ay ərzində hərbçilərin rotasiyasının aparılması nəzərdə tutulur. Onları ABŞ-dən gələn eyni diviziyanın başqa bir briqadası əvəz edəcək. Bundan başqa, qoşunlara komandanlıq etmək üçün ABŞ-nin 10-cu dağ diviziyasından qərargah zabitləri və general-mayor Rumıniyaya göndəriləcək.

Amerika hərbçiləri, əvvəl olduğu kimi, Ukrayna ilə sərhəddən 100 km-dən az məsafədə yerləşən “Mixail Koqelniçanu” aviabazasında olacaqlar. Eyni zamanda, onlar sərhədin bilavasitə yaxınlığında müntəzəm təlimlər keçirirlər.

Qeyd edək ki, ABŞ NATO-nun şərq cinahını gücləndirmək üçün 2022-ci ilin əvvəlində Rumıniyaya hərbçilərini göndərib. Yayda orada yerləşdirilən kontingent briqadayadək böyüdülüb.

 

Rəvanə Dadaşova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir