ABŞ Rumıniyadakı 4000 hərbiçisinin qalma müddətini uzadıb

ABŞ Rumıniyadakı 4000 hərbiçisinin qalma müddətini uzadıb

ABŞ Rumıniyadakı 101-ci Hava Desant Diviziyası briqadasının bazasındakı hərbçilər dha 9 ay qalacaqlar.

İNFONEWS” xəbər verir ki, bu barədə “The New York Times“ ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Hazırda Rumıniyada olan briqadanın tərkibinə 4000-ə yaxın hərbiçi daxildir.

İki ay ərzində hərbçilərin rotasiyasının aparılması nəzərdə tutulur.

Bundan əlavə, qoşunlara komandanlıq etmək üçün ABŞ-ın 10-cu dağ diviziyasından qərargah zabitləri və general-mayoru Rumıniyaya göndəriləcək.

Amerika hərbçiləri, əvvəlki kimi, Ukrayna ilə sərhəddən 100 km-dən az məsafədə yerləşən Mixail Koqalniçanu aviabazasında olacaqlar.

Eyni zamanda, onlar sərhədin bilavasitə yaxınlığında müntəzəm təlimlər keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir