Oğuzda yol qəzası zamanı 2 nəfər xəsarət alıb
“İNFONEWS” -un məlumatına, Oğuz şəhəri Cavanşir küçəsində iki minik avtomobili toqquşub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər – Şəki rayonu Baş Zəyzid kənd sakinləri, 1966-cı il təvəllüdlü Eldar Mürsəl oğlu Cəlilov və 1992-ci il təvəllüdlü Rövşən Kamal oğlu İbadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Oğuz RMX-da yaralılara lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdurmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.