Bu gün dahi Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günündür.

Bu gün dahi Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günündür.

 

Qara Qarayev 1918-ci il fevralın 5də-də Bakı şəhərində məhşur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində dünyaya göz açıb.

 

Qara Qarayev nəslinin ilk özünü musiqi sənətinə həsr etmiş adamıdır.

Qara Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Konservatoriyanın bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub.

 

Dövrünün uğurlu bəstəkarı olan Q.Qarayev SSRİ Dövlət mükafatı laurenti olmuş,SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmiş və “Əməkdə igidliyə görə” medali ilə mükafatlandırılıb.

 

O,həmçinin, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və s. Q.Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir

 

Qara Qarayev həmçinin gözəl müəllim olub, neçə-neçə dahi bəstəkarlar yetişdirib.

 

İNFONEWS kollektivi olaraq, Azərbaycanın dahi bəstəkarı,musiqi sənətində əvəzolunmaz rolu olan Qara Qarayevi dərin hörmətlə anır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir