Beşmərtəbəli yaşayış binasının altından səkkiz nəfərlik iki ailə xilas edildi – FOTO

Beşmərtəbəli yaşayış binasının altından səkkiz nəfərlik iki ailə xilas edildi – FOTO

İNFONEWS” xəbər verir, Aralıq dənizi, Cənub-Şərqi və Şərqi Anadolu bölgələrindəki 10 vilayətdə baş verən zəlzələlərdə dağılan Hatayın İskenderun rayonunda 5 mərtəbəli yaşayış binasının dağıntıları altından 107 saat sonra daha 2 nəfər xilas edilib.

Beləliklə yerlə-bir olan binanın dağıntıları altından sağ çıxanların sayı 8-ə yüksəlib.

Mənzilin 1-ci mərtəbəsində üzbəüz yaşayan iki ailənin 8 üzvünün dağıntılar altında qaldığını öyrənildikdən sonra əməliyyata başlanılıb. Uzun sürən mübarizə nəticəsində zəlzələdən 102 saat sonra xilasedicilər Yasemin və Kadir Oktay cütlüyünü, həmçinin uşaqları Arda (15), Zilan (22), Helin (24) və Dilan Oktayı (19) xilas edə biliblər. Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bundan 5 saat sonra isə Raziye və Hacı Murat Kılınç cütlüyü xilas edilib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir