“Rusiya nümayəndələri III Çarlzın tacqoyma mərasiminə dəvət edilməyəcək”
“İNFONEWS” “RİA Novosti” -yə istinadən xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Britaniyanın yeni Kralı III Çarlzın may ayında keçiriləcək tacqoyma mərasiminə Rusiyanın dəvət olunmayacağını irəli sürüb.
Diplomatın sözlərinə görə, yeni monarxın tacqoyma mərasimi “anası və sələfi II Yelizavetanın tacqoyma mərasimi ilə müqayisədə əhəmiyyətli dərəcədə daha yığcam bir şəkildə olacaq. Çox adamın dəvət edilməsi gözlənilməsə də, düşünürəm ki, II Yelizavetanın dəfn mərasimi zamanında olduğu kimi, bizim heyəti nümayişkaranə şəkildə dəvət olmayacaqlar”.
Qeyd edək ki, III Çarlz anası Kraliça II Yelizavetanın ölümündən sonra 2022-ci ilin sentyabrında taxta çıxıb. Yeni monarxın tacqoyma mərasimi 6 may 2023-cü ildə Vestminster abbatlığında keçiriləcəkdir. Kralın həyat yoldaşı Camilla kraliça – konsort titulu veriləcəkdir. Həmçinin kralın tacqoyma mərasiminə hərbi forma geyinməsi nəzərdə tutulubdur.