İbrətamiz hekayələr – İlanın mişarla mübarizəsi

İbrətamiz hekayələr – İlanın mişarla mübarizəsi

Müdriklər gözəl deyiblər: “Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar” 

“İNFONEWS” bu mövzuda maraqlı bir hekayə təqdim edir.

İlan yuvasına tərəf sürünəndə yolunun üstündə yerə düşmüş mişara ilişir. Bundan qıcıqlanan ilan ildırım sürəti ilə geri atılıb, qəzəblə mişarı dişləyir.
Nəticədə ilanın ağzı yaralanır.
İlan nə baş verdiyini tam anlamır, kiminsə ona hücum etdiyini güman edir. Bu zaman ilan rəqibini boğmaq qərarına gəlir. Vücuduyla mişara dolanan ilan var gücü ilə onu sıxmağa başlayır.
Əlbəttə, ilan qan içində ölür.
Həyatda da bu belədir. Biz kiməsə qəzəblənəndə hamıdan çox özümüzə ziyan vermiş oluruq. Ona görə rastlaşdığımız bir sıra hadisələrə səbir və təmkinlə yanaşmaq lazımdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir