Həyat hekayələri: “Heç kim mənim Maradona olduğuma inanmırdı”

“Həyat hekayələri: “Heç kim mənim Maradona olduğuma inanmırdı”

 

Dünyaca məşhur futbolçu Dieqo Maradona dünyasını dəyişməsinə baxmayaraq, həyatı, karyerası və ölümü ilə bu gün də cəmiyyətdə maraq doğurur. 

“İNFONEWS” onun maraqlı açıqlamalarından birini təqdim edir:

“Müalicə aldığım psixiatriya klinikasında biri özünü Napoleon, digəri isə San Martin hesab edirdi. Heç kim mənim Maradona olduğuma inanmırdı.”

Qeyd edək ki, futbol əfsanəsi peşəkar karyerasına 20 oktyabr 1976-cı ildə “Argentinos Juniors” futbol klubunda başlayıb, uğurlu bir yol keçərək, gənclər arasında dünya çempionu 1979. 1986 Dünya Kubokunun ən yaxşı oyunçusu. 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü, “Boka Xuniors” ilə Argentina çempionu, “Napoli” klubu ilə ikiqat İtaliya çempionu olaraq, FİFA Futbol Komissiyasının məlumatına görə isə, 20-ci əsrin 3-cü futbolçusu seçilib. Maradona 25 noyabr 2020-ci ildə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir