“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: HAMIDAN GİZLƏTDİYİM QADIN
“İNFONEWS” gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.
HAMIDAN GİZLƏTDİYİM QADIN
Nəfəsimdə gizlətmişəm səni mən
Udum-udum həbs etmişəm özümə
Hər görəndə gül üzünü, əzizim.
Qısqanıram baxışıma, gözümə.
Ağ vərəqə qələmimlə hörürəm
Hisslərimi elə səndən xəbərsiz.
Nə mümkündür səni xəyal eləmək
Biz az qəmsiz,
Bir az qəmsiz-kədərsiz?
Ümidimsən, xəyalıma dönmüsən
Addım başı indi səni gəzirəm.
Özümdən də gizlətmişəm səni mən
Qaça-qaçdan özüm də bezirəm.
Necə deyim bu sevginin əlacı,
Bu həsrətin dərmanısan, əzizim!
Bu eşqimin, bu hissimin, duyğumun
Dinlədiyim insansan, əzizim!
Gizlətmişəm səni özümdən belə
Görə-görə susmaq necə çətinmiş,
Sevə-sevə yanıb.
Yanıb kül olmaq.
Taleyimmiş, mənmim aqibətimmiş.
Vüsal QASIMOV