“Basqal Resort&Spa Hotel”də tələbələr üçün təlim-təcrübə təşkil edilib

“Basqal Resort&Spa Hotel”də tələbələr üçün təlim-təcrübə təşkil edilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin turizm istiqamətli ixtisaslarında (Turizm təşkilatçısı, Mehmanxana və restoran işinin təşkili və idarəedilməsi (YTP)) təhsil alan tələbələr “Basqal Resort&Spa Hotel”də təlim-təcrübə səfərində olublar.

“İNFONEWS” -a verilən məlumata görə, tələbələr “Basqal Resort&Spa Hotel”in fəaliyyəti, müasir standartlara uyğun xidmətləri və gələcəkdə nəzərdə tutulan yenilikləri barədə geniş məlumat əldə ediblər.

Qeyd edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi turizm sahəsində də Dual Təhsil proqramını “Basqal Resort&Spa Hotel” ilə birlikdə uğurla icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir