“Basqal Resort&Spa Hotel”də tələbələrə ustad dərs keçirilib

“Basqal Resort&Spa Hotel”də tələbələrə ustad dərs keçirilib

“Basqal Resort&Spa Hotel”in “Qida və içki şöbəsinin rəhbəri (F&B Manager), “Service Academi”nin qurucusu Emin Novruzov İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə ustad dərs keçib.

“İNFONEWS” – a verilən məlumatda bildirir ki, ustad dərsdə tələbələr qonaqpərvərlik sənayesində otel və restoranların idarə edilməsi, müştəri məmnuniyyəti, məhsulun servis edilməsi mexanizmləri ilə yerində tanış olublar, müxtəlif suallar ekspert-təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, dekabrın 7-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin turizm istiqamətli ixtisaslarında (Turizm təşkilatçısı, Mehmanxana və restoran işinin təşkili və idarəedilməsi (YTP)) təhsil alan tələbələrə “Basqal Resort&Spa Hotel”də təlim-təcrübə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir